"Fehervar"ın yarımmüdafiəçisi Milan Peto Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun “Sumqayıt”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun – 2:1) haqda fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan macar futbolçu
"İlk oyunda yaxşı rəqiblə oynadıq və indi cavab görüşünə çıxacağıq. "Sumqayıt"ın futbolçuları fiziki cəhətdən çox güclüdür və keyfiyyətlidir.
Bu oyuna ilk görüşdəki kimi yanaşmaq vacibdir. Belədə, evdə qalib gəlmək şansımız olacaq.
Şəxsən mən bu matçı səbirsizliklə gözləyirəm. Çünki bu, cari mövsümdə ilk ev oyunumuzdur.
Ümid edirəm ki, stadionda çoxlu azarkeş olacaq".
"Fehervar" - "Sumqayıt" matçı bu gün Sekeşfehervardakı "Sosto Arenada" keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.