COP29

Avropada yaşayan azərbaycanlılar "Sumqayıt" üçün Macarıstana gəlir - SİYAHI

31 İyul 19:00 Sumqayıt 789
Avropada yaşayan azərbaycanlılar "Sumqayıt" üçün Macarıstana gəlir - SİYAHI

"Sumqayıt" tarixində ilk dəfə avrokuboklarda mərhələ adlaya bilər.

Konfrans Liqasında mübarizə aparan təmsilçimiz ilk görüşdə 1:2 məğlub olduğu "Fehervar"la bu dəfə Macarıstanda üz-üzə gələcək.

Evdəki məğlubiyyətə rəğmən "kimyaçılar"a inam böyükdür.

Bu da sözsüz ki, kollektivin Sumqayıtdakı qarşılaşmanı yaxşı keçirməsi ilə bağlıdır.

Qısası, Samir Abasovun komandası Avropanın mərkəzinə gəzmək əhval-ruhiyyəsində gəlməyib.

Kollektiv mərhələ adlamağın mümkünlüyünə inanır.

Elə matçı izləmək üçün Sekeşvehar şəhərinə üz tutacaq azarkeşlər də.

Macarıstana ezam olunan əməkdaşımızın əldə etdiyi məlumata görə, "Sumqayıt" qonaq meydanında dəstəksiz qalmayacaq. Həmyerlilərimiz bu gün təmsilçimizin yanında olacaq.

Onların sayının təxminən 50 nəfər olması ehtimal olunur.

Azərbaycanlı azarkeşlər Macarıstandakı səfirliyimizin xətti və "Milli Dəstə" azarkeş qrupunun təşkilatçılığı ilə "Sumqayıt" - "Fehervar" görüşündə tribunalarda yer alacaqlar.

"Kimyaçılar"a dəstəyə gələcək fanatlar yalnız Macarıstanda yaşayan həmyerlilərimiz deyil.

Arasında yaxın Avropa ölkələrindən olanları da var.

Bura Çexiya, Polşa, Avstriya kimi ölkələri qeyd edə bilərik.

Xatırladaq ki, "Sumqayıt" - "Fehervar" qarşılaşması bu gün axşam 21:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti