"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə bu gün Macarıstan təmsilçisi "Fehervar"ın qonağı olacaq.
Qarşılaşma paytaxt Budapeştdən 90 km uzaq məsafədə olan Sekeşvehar şəhərində yerləşən "Sostoyi arena"da keçiriləcək.
2016-cı ildə stadion yenidən qurulması üçün təmirə bağlanıb.
2 il sürən təmir-tikintidən sonra tam yeni görüntüsü ilə klubun sərəncamına verilib.
Futbol qurğusunun tutumu 14200 nəfərdir.
Yenidənqurmadan sonra 5 il "Mol Arena" adlandırılıb.
Sportinfo.az-ın Macarıstana ezam olunan əməkdaşı adıçəkilən arenada olub.
Klubun rəngləri ilə bəzədilən, əla akustikası olan futbol məbədinin görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz.
Əlavə edək ki, "Sumqayıt" ilk matçda rəqibinə 1:2 məğlub olub.
Mərhələ adlamaq üçün "kimyaçılar" mütləq qələbə qazanmalıdır. Bu, həm də klub tarixinə bir ilk olaraq düşəcək.
XANOĞLAN - MACARISTAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: