COP29

"Komanda yoldaşlarıma bu sözləri çatdıracam" - Rövlan Muradov

30 İyul 21:15 Sumqayıt 805
"Komanda yoldaşlarıma bu sözləri çatdıracam" - Rövlan Muradov

Konfrans Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək “Fehervar” (Macarıstan) – “Sumqayıt” oyunundan öncə “kimyaçılar”ın futbolçusu Rövlan Muradov jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, cinah oyunçusu media nümayəndələri ilə görüşdə bunları söylədi…

– İlk oyun keçmişdə qaldı. Düşünürəm ki, əlimizdən gələnin maksimumunu komanda şəklində meydanda qoymalıyıq. Baş məşqçimiz də bizə inanır. Düşünürəm ki, ağır oyun olacaq, amma əlimizə düşən imkanlardan maksimum yararlanmağa çalışacağıq.

– “Sumqayıt”ın mərhələ keçməsinə inanlar da az deyil. Bu durum komanda üzərində təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?
– İnam qələbənin yarısıdır. Bizə dəstək olanlara, inananlara təşəkkür edirəm. Bu sözlər mənə də əlavə motivasiya verdi. Komanda yoldaşlarıma da bunu deyəcəm. İnşallah, sevinən tərəf biz olarıq.

Digər Xəbərlər
Xəbər Lenti