COP29

"Bu sözlər məni əlavə motivasiya edir" - Samir Abasov

30 İyul 21:10 Sumqayıt 957
"Bu sözlər məni əlavə motivasiya edir" - Samir Abasov

Konfrans Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək “Fehervar” (Macarıstan) – “Sumqayıt” oyunundan öncə “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyunun çətinliyi haqda nəsə demək şablon çıxacaq. Rəqibin çempionat oyunlarına da baxmışıq. Ümid edirəm ki, maraqlı oyun olacaq – Sumqayıtdakı kimi. İstəyirəm ki, oyun bu dəfə də hakimlərin səhvinə qalmasın. Bura yaxşı motivasiya ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkilər, heyətdəki çatışmazlıqları kənara atmışıq və yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz təcrübəmizə, xeyrimizə çevirə biləcəyik.

– Komandada atmosfer necədir?
– Çalışacağıq ki, itkiləri unutduraq, bunun üzərində dayanmayaq. Hesab bəllidir, itirəcəyimiz nəsə yoxdur. Hələ heç nə bitməyib. Oyuna çox ümidliyəm və futbolçularıma inanıram. Bu yöndə uşaqları kökləməyə çalışacam. İlk oyundakı məsələlərin üstündə çox dayanmadıq. Çalışırıq ki, bəzi şeyləri düzəldək. Futbolçuların da bura inamlı gəldiyini düşünürəm.

– Müdafiədə kimi oynadacağınızla bağlı qərar vermisiniz?
– Bəli, dərhal qərar verdik. Bir neçə variant üzərində hazırlaşmışıq. Plan, fikir var və çalışacağıq ki, bu plan üzrə gedək, nəyisə dəyişməyək.

– İlk oyundakı hakim idarəçiliyini qabartdınız. Cavab görüşündə ikiqat diqqətli olmalıdır oyunçular. Futbolçularla danışmısınızmı?
– İlk oyunda çox qalmadıq. Bəzi epizodlar var ki, orda necə qorunmalı olduğunu bilmirsən. Ümid edirəm ki, sabah bizim də diqqətimiz dağılmaz, hakimə fikir vermərik, idarəçilik oyuna təsir etməz. Hakimlikdən çox digər məsələlərdə daha diqqətli olmalıyıq.

– “Sumqayıt”ın mərhələ keçməsinə inanlar da az deyil. Bu durum komanda üzərində təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?
– Bu sözlər məni əlavə motivasiya edir. Bizə bu qədər şans verirlərsə, deməli, inanırlar. Bunu futbolçulara da çatdıracam. Deməli, gücümüzə inanırlar, dəstəklərini əsirgəmirlər. Şanslar bərabərdir, bizə inananlar da sağ olsunlar.

Digər Xəbərlər
Xəbər Lenti