COP29

"Fehervar"ın müdafiəçisi: "Azərbaycandan minlərlə kilometr uzaqda olsaq da..."

30 İyul 23:20 Sumqayıt 821
"Fehervar"ın müdafiəçisi: "Azərbaycandan minlərlə kilometr uzaqda olsaq da..."

"Fehervar"ın müdafiəçisi Nikola Serafimov ölkə çempionatının startında "Keşkemet"lə heç-heçəni (0:0) şərh edərkən, Konfrans Liqasının seçmə mərhələsinin 2-ci turunun qarşıdakı cavab oyununa da toxunub.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Keşkemet" çox yaxşı komandadır. O, evdə xüsusilə yaxşıdır, burada oynamaq heç vaxt asan deyil.

Azərbaycandan minlərlə kilometr məsafə qət etməyimizə və ötən gün Konfrans Liqasında çıxış etməyimizə baxmayaraq, yorulduğumuzu deməzdim.

Axı bizim məşqçilər korpusumuz və tibb heyətimiz peşəkarlardan ibarətdir. Bu matçda özümüzü lazımi şəkildə bərpa edə bildik, amma vaxtımız yoxdur.

İndi Konfrans Liqasında “Sumqayıt”la cavab oyununa diqqət yetirməliyik".

"Fehervar" - "Sumqayıt" görüşü iyulun 31-də Sekeşfehervarda Sosto Arenada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti