COP29

"Her şey bizdən asılıdır"

30 İyul 16:00 Sumqayıt 592
"Her şey bizdən asılıdır"

"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la cavab matçı üçün Macarıstana yollanıb.

Təbii ki, evdə rəqibinə 1:2 məğlub olan komandamızın mərhələ adlamaq şansı daha az qiymətləndirilir.

Bu dəfə komandamız hesabda geri olmaqla bərabər, həm də rəqib meydanında çıxış edəcək.

Lakin "kimyaçılar"ın vitse-kapitanı Elvin Bədəlov Sportinfo.az-a açıqlamasında bütün çətinliklərə rəğmən oyunun keçiriləcəyi Şekeşvehar şəhərinə ümidli yollandıqlarını bildirib:

"Əlbəttə, ümidimiz var. Düzdü, evdə məğlub olduq. Üstünlük əlimizdən çıxdı. Bunun müəyyən səbəbləri var. Lakin yaxşı çıxış etdiyimizi düşünürəm.

Səfərə qələbə üçün gedəcəyik. Uşaqlara inanıram. Hər şey özümüzdən asılıdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti