COP29

MÜTLƏQ İZLƏYİN: Samir Abbasovun səhvi, yoxsa..? - VİDEO

27 İyul 14:00 Sumqayıt 953
MÜTLƏQ İZLƏYİN: Samir Abbasovun səhvi, yoxsa..? - VİDEO

“Samir Abbasovun məğlubiyyəti həzm edə bilməməsi matçdan sonrakı açıqlamalarında hiss olunurdu.

“Sumqayıt” oyuna pis başlamadı, topa sahib olma əmsalı yüksək idi.

Bunun nəticəsi kimi ilk hissənin ortalarında Səbuhi Abdullazadə hesabı açdı.

Bu qoldan sonra onların oyununda durğunluq yarandı. Topsuz oyunu oynamaq çox çətindir”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçından (1:2) danışıb, albaniyalı baş hakim Florian Latanın idarəçiliyini şərh edib:

“Düzdür, məğlubiyyəti hakimə bağlamaq istəməzdim. Amma burada təcrübəsiz, 26 yaşlı albaniyalı hakimin də bizə qarşı hərəkətlərini qeyd etmək lazımdır.

Söhbət ilk növbədə Murat Xaçayevin şübhəli ikinci sarı vərəqə alması və meydandan qovulmasından gedir. Nədənsə albaniyalı ancaq “Sumqayıt”a qarşı radikal tədbirlər görürdü.

Məsələn, “Sumqayıt”ın 8 qayda pozuntusundan 6-na görə sarı vərəqə verilib. Lakin hər bir halda bu məğlubiyyəti hakimliklə bağlamaq düz olmazdı.

“Sumqayıt” eyni tərzdə iki qolu asma nəticəsində buraxdı, ümid qaldı cavab görüşünə”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?