“Fehervar”ın baş məşqçisi Tamaş Pete komandasının “Sumqayıt”a qarşı Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları və start götürəcək çempionat öncəsi toplanışın yekunlarını şərh edib.
Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan macarıstanlı mütəxəssis bunları deyib:
"10 günlük düşərgədə istədiyimiz hər şeyə nail ola bildik. Çox şadam ki, oyunçular bizim ideyalarımızı tamamilə qəbul etdilər.
Biz hazırlaşmağa davam edəcəyik və bundan sonra bütün diqqətimizi gələn həftə Konfrans Liqasında “Sumqayıt”la matça və çempionatın startına yönəldəcəyik".
"Sumqayıt" və "Fehervar" arasındakı ilk oyun iyulun 25-də Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab oyunu iyulun 31-də Macarıstanda keçiriləcək.