COP29

"Bu, istədiklərimiz şeyi həyata keçirmək şansı verdi"

24 İyul 23:00 Sumqayıt 368
"Bu, istədiklərimiz şeyi həyata keçirmək şansı verdi"

"Sumqayıt"ın müdafiəçisi İsa Sulimani Sportinfo.az-a açıqlama verib.

Pakistanlı legioner ilk olaraq Türkiyədə baş tutmuş təlim-məşq toplanışını dəyərləndirib:

"Türkiyədə yaxşı təlim-məşq toplanışı keçdik. Fiziki hazırlığımız yaxşılaşdı.

Taktiki cəhətdən də çox iş gördük. Uğurlu toplanış oldu.

Biz indi Sumqayıta qayıtmağa və Konfrans Liqasındakı oyuna hazırlığımızı davam etdirməyə tam hazırıq".

Təcrübəli arxa xətt oyunçusu keçirdikləri sınaq matçlarını da dəyərləndirib:

"Düşünürəm ki, bu yoldaşlıq oyunlarında arzu olunan nəticə hesabla bağlı deyildi. Oyunlara vaxt ayırmaq hazırlığımızı artırmaq baxımından daha vacibdir.

Buna görə də biz qarşılaşmalardan razıyıq. Bəzi yaxşı rəqiblərə qarşı oynadıq.

Bizim üçün yaxşı sınaq oldu və bu, bizə məşqdə işlədiyimiz şeyləri həyata keçirmək şansı verdi. Həmçinin inkişaf etdirməli olduğumuz bəzi vacib şeyləri bizə qazandırdı".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?