“Baş məşqçi bunu daha yaxşı deyə bilər”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yeni hücumçusu Fernando Medeiros deyib.
“Kimyaçılar” Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"la qarşılaşacaq. Samir Abasovun rəhbərlik etdiyi kollektiv ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
Bu matça qədər komanda tam hazır vəziyyətdə ola biləcək?
Ötən həftə “gənclik şəhəri” təmsilçisinin düşərgəsinə gələn braziliyalı forvardı dinləyək:
“Mən ancaq onu deyə və zəmanət verə bilərəm ki, biz hər məşqdə limitləri aşırıq.
Bu, məşqçinin bizdən tələb etdiklərini uğurla yerinə yetirmək üçün bizə daha çox güc və inam verir.
Yaxşı nəticəyə ümid bəsləyirik. Hər halda əlimizdən gələni əsirgəməyəcəyik”.
Transfer çalışmalarını davam etdirən “Sumqayıt” son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb.
28 yaşlı braziliyalı "Sumqayıt"da “11” nömrəli formada çıxış edəcək.
“Santos”un yetirməsi karyerası boyunca bu klubla yanaşı, “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” və “Eqnatiya”nın da şərəfini qoruyub.