"Sumqayıt" hücumçusu Kasimir Ninqa ilə yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, forvardla klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
"Çadlı futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq" - deyə məlumatda qeyd edilib.
O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 28 oyunda 7 qol, kubokda isə 3 matçda 1 qol vurub. Afrikalı legioner bu göstətici ilə “kimyaçılar”ın ən məhsuldar siması olub.
Bu yay Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata və Kamran Əliyev də "Sumqayıt"ı tərk edib.