COP29

"Sumqayıt" - "Fehervar": 5 manat da verə bilərsən, 25 manat da

15 İyul 20:20 Sumqayıt 875
"Sumqayıt" - "Fehervar": 5 manat da verə bilərsən, 25 manat da

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.

"Gənclik şəhəri" təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq

Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır. "Sumqayıt" - "Fehervar" matçı iyulun 25-də, saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti