"Sumqayıt" yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.
Transfer çalışmalarını sürətləndirən "kimyaçılar" Rəhim Sadıxov, Fernando Medeirosun ardınca Nikola Vuynoviç və Slavişa Radoviçin də keçidini ictimaiyyətə açıqlayıb.
Daha bir forvard və orta sahə oyunçusu üçün axtarışlar isə davam edir.
Bəs qapı mövqeyi?
Orxan Sadıqlının gedişindən sonra faktiki Mehdi Cənnətovun ümidinə qalan Samir Abasov çərçivəyə yeni sima gətirəcəyi gözlənilirdi.
Hətta bunun üçün milli komandamızın üzvü Rəşad Əzizli ilə danışıqlar olmuşdu.
Lakim kiperin yüksək maaş istəyi danışıqların dondurulmasına yol açmışdı.
Təcrübəli mütəxəssis bu mövqe ilə bağlı yeni qərar verib.
O, yeni mövsümə qapıçı transferi olmadan start verilməsini məqsədə uyğun hesab edib.
Mehdi Cənnətovun əvəzləyicisi qismində isə akademiyanın gənclərinə üstünlük veriləcək.
Söhbət 19 yaşlı Xəyal Fərzullayev və 17 yaşlı Murad Ağamalıyevdən gedir.
SPORTİNFO.AZ