COP29

Samir Abasovu indi nəticə maraqlandırmır: “Biz bunları bilirik”

13 İyul 09:00 Sumqayıt 530
Samir Abasovu indi nəticə maraqlandırmır: “Biz bunları bilirik”

Yeni mövsümə hazırlıqların 2-ci mərhələsini Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda Türkiyə 1-ci liqası təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gəlib.

"Sumqayıt" 35-ci dəqiqədə Cordan Rezabalanın matçda vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

"Sumqayıt" bundan əvvəl yoxlama görüşündə Rusiyanın Premyer Liqa təmsilçisi "Orenburq"a 1:2 hesabı ilə uduzmuşdu.

"Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik.

Bununla yanaşı fiziki hazırlıqlarımız da davam edir. Bugünkü yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik".

Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyə 1-ci liqası təmsilçisi "Gənclərbirliyi"nə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar.

Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?