COP29

"Prezident zəngi ilə məni və ailəmi sevindirdi"

13 İyul 23:20 Sumqayıt 1 716
"Prezident zəngi ilə məni və ailəmi sevindirdi"

"Sumqayıt"ın heyətinə yeni qatdığı Fernando Medeiros Sportinfo.az-a açıqlama verib.

Braziliyalı legioner "kimyaçılar"a keçidi barədə danışıb:

"Klubun prezidenti Riad Rəfiyev zəngi ilə məni və ailəmi sevindirən yaxşı bir layihə təklif etdi. Qərar vermək üçün iki dəfə düşünməyə belə ehtiyac qalmadı".

28 yaşlı yarımmüdafiəçi klub haqqında sabiq komanda yoldaşı Vüsal İsgəndərli ilə danışdığını da sözlərinə əlavə edib:

"Kub barəsində öyrənmək üçün ilk zəng etdiyim şəxs Vüsal oldu. Onun fikirləri həqiqətən məni sevindirdi.

"Sumqayıt" barəsində müsbət fikirlər səsləndirdi. İnanıram ki, birlikdə burada yaxşı işlər görəcəyik".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti