COP29

"Zəmanət verə bilərəm ki..." - "Sumqayıt"ın yeni transferi

12 İyul 19:00 Sumqayıt 741
"Zəmanət verə bilərəm ki..." - "Sumqayıt"ın yeni transferi

"Sumqayıt"ın yeni transferi Fernando Medeiros Sportinfo.az-a müsahibə verib.

28 yaşlı brazliyalı legioner komandadakı ilk günləri və gələcək planlarından söz açıb.

- Artıq yeni komandanla bir neçə məşqə çıxmısan. Ümumi vəziyyət necədir? Adaptasiya ola bilirsən?

- Özümü çox yaxşı hiss edirəm, hamı məni çox yaxşı qarşıladı. Prezident və daha 2 nəfər mənim dilimdə danışa bilir. Bu isə klubda ilk vaxtlar mənə çox kömək edir.

- Komanda yay hazırlıq mərhələsində ilk yoxlama oyununu keçirdi. Bu matçda 90 dəqiqə meydanda oldun. Qarşılaşma haqqında nə deyə bilərsən?

- Komandanın matç zamanı necə davranması çox xoşuma gəldi. xüsusən də oyunu yaxşı idarə etdiyimiz ilk hissədə.

- Bəs debutun necə alındı?

- 90 dəqiqə ərzində özümü çox yaxşı hiss etdim və bu məni təəccübləndirmədi. Çünki tətildə çox çalışdım. Mən asudə vaxtımda məşqlərimiz tərk etmədim. Çünki nail olmaq üçün məqsədlərim var!

- Məsələn...

- İştirak edəcəyimiz yarışlarda kubok qazanmaq əsas məqsədimdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?