"Sumqayıt" axtardığı forvardı İsveçrədə tapıb.
"Kimyaçılar" "Bellinzona"nın forvardı Matar Diye ilə anlaşmağa yaxındır.
26 yaşlı hücumçu 2023/24 mövsümündə keçirdiyi 19 matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Seneqallı oyunçu karyerasına İtaliyada başlayıb.
O, bu ölkənin "Sacilese", "Vicenza", "Torino" və "Este" klublarında forma geyinib.
Afrikalı legioner Maltada "Tarxien", Ukraynada "Karpaty", "Olimpik", Macarıstanda "Debrecen", Finlandiyada KuPSA və Xorvatiyada "Gorica" klublarının da şərəfini qoruyub.
Matar karyerası ərzində keçirdiyi 156 rəsmi matçda 33 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ