COP29

Uduzdular, Samir Abasov razı qaldı: "Əsas məqsədə nail ola bildik"

8 İyul 01:20 Sumqayıt 1 086
Uduzdular, Samir Abasov razı qaldı: "Əsas məqsədə nail ola bildik"

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" ilk oyununu keçirib.

"Kimyaçılar" Rusiya Premyer Liqa təmsilçisi "Orenburq"a 2:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib:

"Yeni mövsümün hazırlıqlarının ilk mərhələsinə Sumqayıtda start verdik. Orada daha çox fiziki və güc məşqləri üzərində çalışdıq.

Artıq 4 gündür Qızılcahamamdayıq. Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik.

Hazırlıq prosesində ilk oyunumuz idi. Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara şans verək.

Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil.

Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komandam meydanda onlardan istədiyimi göstərə bildi".

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu