COP29

"Sumqayıt" bu gün Türkiyədə "Orenburq"al üz-üzə gələcək

7 İyul 14:25 Sumqayıt 472
"Sumqayıt" bu gün Türkiyədə "Orenburq"al üz-üzə gələcək

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun komandası Rusiyanın Premyer Liqa təmsilçisi "Orenburq"la qarşılaşacaq.

Qızılcahamam stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sumqayıt" iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.

“Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq.

Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?