Yaponiyalı yarımmüdafiəçi Masaki Murata “Sumqayıt”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra Danimarkada forma geyinəcək.
O, sözügedən ölkədə “Vayle”yə keçib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
Murata 2023-cü ilin yanvarından “Sumqayıt”ın uğurları üçün çalışırdı.