COP29

Premyer Liqa klubunda iki dostun bütün sirləri BU VİDEODA

6 İyul 23:20 Sumqayıt 958
Premyer Liqa klubunda iki dostun bütün sirləri BU VİDEODA

"Sumqayıt" yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirir.

Konfrans Liqasında ölkəmizi təmsil edəcək komandanın düşərgəsində yaxşı əhval ruhiyyə hökm sürür.

Bunda klubun mətbuat xidmətinin də əməyi az deyil.

Məşqçi və futbolçu heyəti meydanda tər axıdır, əmək sərf edirsə, kiçik tərkibli media komandası da meydandan kənar göstərdiyi aktivliklə diqqət çəkir.

Futbolçuların istirahət vaxtını əyləncəli keçirməsi üçün klubun yutub kanalı üçün maraqlı video hazırlanıb.

"Otaq yoldaşım" adlı rubrikanın ilk qonaqları Səbuhi Abdullazadə və Ayxan Süleymanlı olub.

Yaxın dostlar onlara ünvanlanan suallar vasitəsilə bir-birlərini nə qədər yaxşı tanıdıqlarını göstərmiş olublar.

XANOĞLAN / SPORTİNFO.AZ

Kifayət qədər maraqlı alınan videoya aşağıdakı linkdən baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti