COP29

"Sumqayıt"ın Rusiya klubu ilə yoxlama matçının vaxtı

6 İyul 16:20 Sumqayıt 609
"Sumqayıt"ın Rusiya klubu ilə yoxlama matçının vaxtı

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt"ın Rusiya təmsilçisi "Orenburq"la keçirəcəyi yoxlama matçının vaxtı müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma sabah Qızılcahamam stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq.

Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq