COP29

“Bizim qorxumuz yoxdur"

4 İyul 22:20 Sumqayıt 628
“Bizim qorxumuz yoxdur"

Azərbaycan Premyer Liqasında yeni mövsümün startına bir aydan da az zaman qalır.

Arxada qalan dönəmi gözdən keçirəsi olsaq hələ ki, “transfer bazarı”nda “Qarabağ”, “Zirə”, “Turan Tovuz”, “Sabah”, “Araz Naxçıvan” və “Neftçi”nin aktivliyi xüsusi diqqət çəkir.

Adıçəkilən klublar demək olar ki, mövcud heyəti qoruyub, hətta bir neçə yeni adla güclənə biliblər.

Debutant “Şamaxı” isə demək olar ki, bütün transferlərini həyata keçirib.

“Kəpəz”də davam edən susqunluğa alışmışıq.

Qərb təmsilçisi kimi ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sumqayıt”da da passivlik diqqətdən qaçmır.

“Kimyaçılar” mövsümün sonu 4 legionerlə yollarını ayırdı.

Əvəzində rəsmi olaraq yalnız Rəhim Sadıxov transferi reallaşıb.

Maraqlıdır, rəqiblərin belə güclənməsi fonunda “Sumqayıt”da davam edən səssizlik yeni mövsüm üçün qorxulu sayıla bilərmi?

Sorğumuza cavab olaraq komandanın baş məşqçisi Samir Abasov bunları deyib:

“Qorxumuz yoxdur, \əksinə, sevindirir. Nə qədər çox legioner məşqçi gəlsə, məni sevindirir.

Bu, mənim üçün də motivasiyadır. Bir azərbaycanlı kimi belə düşünürəm.

Komandaların güclənməsi isə ümumi olaraq rəqabəti artırır. Düzdür, ötən mövsüm də vəziyyət belə idi.

Və biz planlaşdırmadığmız yerlərə gələ bildik. Amma bu gün rəqiblər üçün təhlükəyik.

Bizə qarşı daha ciddi olacaqlar. Bu da işimizi çətinləşdirəcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti