COP29

Yeni təmirdən çıxan arena Konfrans Liqası üçün belə hazırlanır - FOTOLAR

3 İyul 23:40 Sumqayıt 1 894
Yeni təmirdən çıxan arena Konfrans Liqası üçün belə hazırlanır - FOTOLAR

"Sumqayıt" bu sezon ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

İkinci mərhələdən yarışa başlayacaq "kimyaçılar"ın rəqibi Macarıstansdan "Fehervar"dır.

İlk matç 25 iyul tarixində Sumqayıtda keçiriləcək.

Təmsilçimiz artıq indidən qarşılaşmanın keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda müəyyən təmir işlərinə start verib.

İdman qurğusunda görülən işlərlə yerində tanış olan Sportinfo.az-ın əməkdaşının çəkdiyi fotoları sizə təqdim edirik.

Stadionun ərazisində oyunu canlı yayımlayacaq telekanalın maşınlarının yerləşməsi üçün yeni ərazi ayrılıb.

Premyer Liqada yayım üçün siqnalın ötürülməsi üçün ayrılan yer avrokuboklarda yararlı hesab olunmur. Yeni düzəldiləcək yer əvvəlkindən 50 metrlik məsafədə 1000 kvadratmetr ərazini əhatə edəcək.

Qonaq azarkeşlər üçün xüsusi sektor ayrılıb. Və həmin tribunaya yalnız bir giriş qapısı ayrılıb və təhlükəsizlik məqsədi ilə digər sektorlarla bütün əlaqə məhdudlaşdırılıb.

Arenanın ərazisinə giriş üçün ayrılan iki qapıda da turniketlər qurlaşdırılacaq. Açıq ərazi hasarlanacaq. Turniketlərin üzəri isə örtüləcək. Stadionun ərazisində azarkeşləri yönləndirmək üçün böyük lövhələr yerləşdiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti