COP29

“Sumqayıt” tapdı - “Orenburq” və “Gənclərbirliyi”

3 İyul 14:20 Sumqayıt 825
“Sumqayıt” tapdı -  “Orenburq” və “Gənclərbirliyi”

“Sumqayıt”ın Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq.

Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti