COP29

Premyer Liqa klubunda "yanan" 3 MÖVQE

2 İyul 19:00 Sumqayıt 1 020
Premyer Liqa klubunda "yanan" 3 MÖVQE

"Sumqayıt" Konfrans Liqasına hazırlığı davam etdirir.

Doğma şəhərdə keçən toplanışın ilk mərhələsində komandaya hələki iki yeni transfer qoşulub.

"Kimyaçılar" "Zirə"dən Rəhim Sadıxovu, Albaniya "Eqnatiya"sından isə Fernando Medeyrosu heyətinə qata bilib.

Amma Abasovu narahat edən mövqelər hələ də var.

Söhbət konkret olaraq 3 zondandan gedir - müdafiənin solu, dayaq yarımmüdafiəçisi və forvard.

Təcrübəli mütəxəssis ən qısa zamanda adıçəkilən mövqelərin gücləndirilməsini zəruri hesab edir.

Artıq bu istiqamətdə axtarışlar bir müddət əvvəldən sürətləndirilib.

Bizə məlum olan bir neçə sima ilə aktiv danışıqlar da gedir.

Sadəcə ortada konkret razılıq yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO