COP29

Azərbaycan klubunda növbəti legioner ayrılığı yaşanıb

28 İyun 23:40 Sumqayıt 1 099
Azərbaycan klubunda növbəti legioner ayrılığı yaşanıb

"Sumqayıt"da növbəti ayrılıq yaşanıb.

Yoponiyalı legioner Masaki Murata komandanı tərk edib.

Onunla uzun sürən danışıqlar istənilən nəticəni verməyib.

Yeni anlaşmanın əldə olunmasına mane olan əsas səbəb isə yarımmüdafiəçinin yüksək maaş istəyində israr etməsi olub.

24 yaşlı legioner 2023-cü ilin yanvarından “Sumqayıt”ın formasını geyinirdi.

O, arxada qalan müddətdə meydana çıxdığı 54 matçda 1 qol, 3 asistlə yadda qalıb.

Xatırladaq ki, Masakiyə kimi legionerlərdən Oktavio Monteka, Abu Dosso və Erik Sorqa "kimyaçılar"ı tərk edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?