COP29

Bu klub millimizin qapıçısının transferindən İMTİNA ETDİ

24 İyun 22:20 Sumqayıt 3 098
Bu klub millimizin qapıçısının transferindən İMTİNA ETDİ

"Qəbələ"dən ayrılan Rəşad Əzizli hələ də klubsuzdur.

Əslində qolkiperə maraq göstərən klublar yox deyil.

Sadəcə kiperin daha çox maaş istəyi müştərilərin ondan uzaqlaşmasına yol açır.

Son olaraq "Sumqayıt" bu addımı atıb.

"Kimyaçılar" Əzizlini transfer etməyi düşünürmüş.

Lakin Rəşadın istədiyi maaşın məbləğini eşidincə onunla danışıqlar dayandırılıb.

30 yaşlı çərçivə qoruyucusu başa çatan mövsüm "qırmızı qaralar"ın heyətində meydana çıxdığı 22 matçda 32 qol buraxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?