COP29

Ölkəmizdə yeni təmirdən çıxan arenaya UEFA qadağa qoyub?

26 İyun 23:40 Sumqayıt 2 229
Ölkəmizdə yeni təmirdən çıxan arenaya UEFA qadağa qoyub?

"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 25-də Macarıstanın "Fehervar" klubunu qəbul edəcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilməyə bilər.

Daha doğrusu, bu barədə xarici mətbuatda iddia səsləndirilib.

Bildirilib ki, ötən il yeni təmirdən çıxan idman qurğusunda nöqsanlar olduğu üçün matç "Kapital Bank Arena"da keçiriləcək.

Amma yayılan informasıya həqiqəti əks etdirmir.

Bu barədə klubdan saytımıza məlumat verilib.

Belə ki, hazırda "Kimyaçılar"ın düşərgəsində bütün planlar oyunun məhz 9500 tutumu olan arenada keçirilməsinə hesablanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?