COP29

Azərbaycan klubu Moldova millisinin üzvündən İMTİNA ETDİ

22 İyun 19:00 Sumqayıt 1 147
Azərbaycan klubu Moldova millisinin üzvündən İMTİNA ETDİ

"Sumqayıt" Denis Marandiçinin transferindən imtina edib.

"Turan Tovuz"in müdafiəçisi menecerlər vasitəsilə "kimyaçılar"da oynamaq istəyini bildirib.

Tələb etdiyi aylıq maaş isə 10 min dollar olub.

Qiyməti eşidincə Sumqayıt klubu moldovalı legionerlə heç danışıq masasına oturmayıb.

25 yaşlı futbolçunun ötən mövsüm bölgə klubunda aylıq qazancı 6 min dollar idi.

"Turan" da onun 10 min dollar maaş istəyinə "yox" deyincə, cinah oyunçusu öz xidmətini digər klublara təklif etməyə qərar verib.

Denis Marandiçi arxada qalan mövsüm "Turan Tovuz" formasında meydana çıxdığı 33 matçda 1 qol, 4 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti