COP29

Samir Abasov püşkə baxdı və dedi: “Bz də oyuna uduzmaq üçün çıxmayacağıq”

19 İyun 19:15 Sumqayıt 1 672
Samir Abasov püşkə baxdı və dedi: “Bz də oyuna uduzmaq üçün çıxmayacağıq”

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünün nəticələri haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt" bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq.

Samir Abasov klubun saytına açıqlamasında rəqibin güclü olduğunu vurğulayıb:

"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq.

Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq.

Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik.

Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".

"Sumqayıt" ilk matçı öz meydanında olacaq. Konfransa Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?