COP29

"Biz istədiyimizi etdik, artıq Avropaya gedirik, davamı gələcək"

29 May 01:10 Sumqayıt 562
"Biz istədiyimizi etdik, artıq Avropaya gedirik, davamı gələcək"

"Sumqayıt"ın forvardı Erik Sorqa instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, estoniyalı komandasının avrokuboklara vəsiqə qazanması haqda yazıb:

"Biz istədiyimizi etdik. Artıq Avropaya gedirik. Komandaya və bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm.

Möhtəşəm atmosfer və bütün mövsüm boyunca bizi dəstəklədiyiniz üçün azarkeşlərimizə təşəkkür edirik. Davamı gələcək".

Premyer Liqanın 36-cı turunun “Qəbələ” ilə görüşündə Sorqanın vurduğu yeganə qol sayəsində “Sumqayıt” qalib gəlib və avrokuboklara vəsiqə qazanıb.

Sorqa 2023-cü il iyulun 17-də “Sumqayıt”la müqavilə imzalamışdı və onun bu klubla müqavilə müddəti gələn ayın 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?