COP29

Azərbaycan stadionunda ortalıq belə qızışdı - MÖHTƏŞM VİDEO

17 İyun 23:45 Sumqayıt 1 865
Azərbaycan stadionunda ortalıq belə qızışdı - MÖHTƏŞM VİDEO

"Sumqayıt" tarixində 3-cü dəfə avrokuboklara vəsiqə qazandı.

Premyer Liqanın 36-cı turunda "Qəbələ"ni məğlub edən "kimyaçılar" aktivindəki xal sayını 57-yə yüksəldərək buna nail oldu.

Mövsümü 4-cü pillədə qapayan komanda ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

Son oyundan sonra böyük uğur münasibətilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda möhtəşəm anlar yaşanıb.

Klub atəşfaşanlıq təşkil edib.

Tribunalara cəm olan 10 minə yaxın fanat final fitindən sonra uzun müddət futbolçuları alqışlayıb, qələbəni birgə qeyd edib.

Hətta çox sayda tərəfdar meydana enməyə belə macal tapıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Gözəl görüntülərə səhnə olan həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?