COP29

"Hakimlərə bu gün nə deyirlər, onlar da onu edir" - Samir Abasov

18 May 20:50 Sumqayıt 1 163
"Hakimlərə bu gün nə deyirlər, onlar da onu edir" - Samir Abasov

“Sona bir tur qaldı. Həmin oyunda qalib gələ bilərik, ya yox, onu gələn həftə biləcəyik. Bizim avrokuboklara gedib-getməyəcəyimiz “Qəbələ”dən asılıdı. Onlar istəyərsə, biz, biz gedərik".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Sabah”la oyundan sonra deyib.

Təcrübəli çalışdırıcı daha sonra hakimliklə bağlı danışıb:

“Bu gün “Sabah”ın hakim hesabına qələbə qazandığını desəm, haqsızlıq olar. Hakimlərə bu gün nə deyirlər, onlar da onu edir. Sizə bir şey deyim, niyə Tovuza xarici VAR hakimləri göndərilmədi? Ora uzaqdı deyib, göndərmədilər. Gördülər yenə “Sumqayıt” yuxarılardadı… Çox şey danışmaq olar, məni danışdırmayın”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?