COP29

Azərbaycanlı gəncin Belçika klubuna keçidi yenidən GÜNDƏMƏ GƏLDİ

20 May 17:00 Sumqayıt 856
Azərbaycanlı gəncin Belçika klubuna keçidi yenidən GÜNDƏMƏ GƏLDİ

“Sumqayıt”ın yarımmüdafiəçisi Nihad Əhmədzadə legioner həyatı yaşaya bilər.

Onun üz tutacağı ölkə də bəllidir - Belçika.

Sumqayıt akademiyasının yetirməsi ilə "Vesterlo" maraqlanır.

Əslində Nihad ötən ilin yayında adıçəkilən kluba keçə bilərdi.

Amma 18 yaşının tamam olmaması buna əngəl törədib.

Bu səbəbdən 2006-cı il təvəllüdlü vingerə işçi vizası açdırmaq mümkün olmayıb.

U-19 millimizin üzvünün bu yay 18 yaşı tamamlanacaq.

Hazırda da tərəflər arasında danışıqların davam etdirilmə səbəbi budur.

Gənc futbolçunun ölkəni tərk etmək ehtimal yüksəkdir.

"Sumqayıt"ın Belçika təmsilçisi ilə münasibətləri Tresor Mossi sayəsində yaranıb.

"Kimyaçılar" ötən yay afrikalını məhz "Vesterlo"dan icarayə götürmüşdü.

Əhmədzadənin məsələsi də bundan sonra ortaya çıxmış, amma yuxarıda qeyd etdiyimiz səbəbdən gerçəkləşməmişdi.

Əlavə edək ki, Nihad Əhmədzadə bu mövsüm 14 oyunda 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?