COP29

“Mən söz verirəm ki...”

10 Sentyabr 2023 20:20 Sumqayıt 635
“Mən söz verirəm ki...”

«Azarkeşlərə söz verirəm ki, biz meydanda əlimizdən gələni edəcəyik»,

Bu sözləri Sportinfo.az-a «Sumqayıt»ın israilli yarımmüdafiəçisi Roi Kahat deyib.

Yeni transfer bildirib ki, yerli publikadan komandanın arxasında dayanmalarını gözləyir:

«Hər bir oyunçu ən yaxşı nəticəni əldə etmək istəyər. Şəxsən mən istəmərəm ki, məğlub olaq və azarkeşlərimiz stadionu məyus halda tərk eləsin.

Görürəm ki, Premyer Liqada rəqabət güclüdür, səviyyəli komandalar çoxdur. «Sumqayıt»ın ötən mövsüm necə oynadığını deyə bilmərəm, ancaq bu gün «yaxşı heyətimiz var» deyərdim.

Bizdə hamı meydanda var qüvvəsiylə işləyir. Əlbəttə, hər dəfə qələbə qazanmaq mümkün olmur.

Əsas odur k, nədənsə ruhdan düşmürük, uğurlu oyunların sayını artırmaq istəyirik. Sumqayıtın futbol şəhəri olmasını mənə deyiblər.

İnsanların bizimlə maraqlanması xoşuma gəlir. Elə oyun olmaz ki, biz də onları xoşbəxt etməyi istəməyək.

Hələ mövsümün əvvəlidir və komandamızı qarşıdakı müddətdə bir-birindən çətin oyunlar gözləyir. Qoy, şəhər komandaya inamla yanaşsın, bizi irəliyə səsləsin».

“Gənclik şəhəri” təmsilçisi Kahatla 2 illik sözləşmə bağlayıb.

O, karyerası ərzində ölkəsinin "Makkabi Təl-Əviv", "Hapoel Bir Şeva", "Makkabi Yavne", "Makkabi Hayfa", "Makkabi Netanya", həmçinin Avstriyanın "Avstriya" (Vyana) klublarında forma geyinib.

31 yaşlı legionerin son komandası "İroni Kiryat Şmona" olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar