Samir Abasov "Sumqayıt" naminə buna da razıdır!

1 Aprel 2023 21:00 Sumqayıt 869
Samir Abasov "Sumqayıt" naminə buna da razıdır!

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov üzərinə böyük məsuliyyət götürüb.

Dörd illik aradan sonra - ötən ilin payızında komandanın sükanı arxasına dönən mütəxəssis ən pis ssenariyə hazırdır.

«Kimyaçılar» Premyer Liqadan düşərsə, o, I Divizionda da çalışmağa davam edəcək.

Belə olarsa, Abasov hazırda aldığı əməkhaqqısının xeyli hissəsinin azaldılmasına «yox» deməyəcək.

«Sumqayıt» 24 xalla turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb. «Gənclik şəhəri» təmsilçisi son sıradakı «Səbail»i 6 xal qabaqlayır.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, axırıncı yeri tutan komanda növbəti mövsümə I Divizionda başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i
28 Aprel 11:00 Bir addımı da sən at!