COP29

Vaqif Cavadov Qazaxıstan klubuna kimin vasitəsilə gedib?

17 Fevral 2022 13:00 Sumqayıt 2 958
Vaqif Cavadov Qazaxıstan klubuna kimin vasitəsilə gedib?

Bir neçə ay öncə “Sumqayıt” Futbol Akademiyasında işə başlayan Vaqif Cavadov hazırda Türkiyədədir.

Bu səfər sırf onun özü ilə bağlıdır.

Belə ki, millinin eks hücumçusu ”kimyaçılar”ın 16 yaşlılardan ibarət komandasının sükanı arxasından ayrılaraq, fəaliyyətini ”Turan”da davam etdirmək fürsəti qazanıb.

Söhbət, təbii ki, Tovuz ”Turan”ından getmir. Sözügedən klub Qazaxıstana məxsusdur. O, yüksək liqada çıxış edən komandada köməkçi məşqçi kimi çalışmaq fürsəti yaxalayıb.

“Turan” Xəzərin şərq sahilindəki respublikanın ən köklü klublarından biridir və Türküstan vilayətinin təmsilçisidir.

Uzun müddət birinci dəstədə mübarizə aparan kollektiv 2021-ci ildə güclülər dəstəsinə vəsiqə qazanıb və çempionatı 12-ci pillədə başa vurub.

Qazaxıstanda yeni mövsüm martda başlayacaq. Hazırda Antalyada təlim-məşq toplanışı keçən “Turan“ı Vladimir Qazzayev çalışdırır.

Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayevin oğlu daha əvvəl “Aktobe” və “Tobol”un sükanı arxasında dayanıb.

O, Azərbaycan millisinin qapıçısı Emil Balayevin vaxtilə çıxış etdiyi "Tobol"dan 2019-cu ilin iyulunda istefa verib. Klubun rəsmi saytı bu qərarı yeni inkişaf istiqaməti ilə əlaqələndirib.

"Tobol" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jöness"ini üstələyə bilməyib. Hər iki oyun heç-heçə başa çatsa da, "Jöness" səfər qolu sayəsində mərhələ adlayıb.

Vaqif Cavadov Azərbaycan yığmasının formasını geyindiyi üçün “C“ kateqoriyalı məşqçi sertifikatı alıb və hazırda davam edən “B“ lisenziyalı kurslara yazılıb.

Düzdür, gənc məşqçi hələ Qazaxıstan klubu ilə rəsmi müqavilə imzalamayıb, ancaq bu, hansısa problem vəd etmir.

“Turan“ Antalya toplanışını başa vurub Qazaxıstana qayıdandan sonra Cavadovla müqavilə imzalanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 11:00 Burada GƏLİR var!