«Sumqayıt» qapahaltı olmadı, Azərbaycana reytinq xalları qazandırdı».
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, «kimyaçılar»ın Konfrans Liqasında «Fehervar»la mücadiləsindən danışıb.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «gənclik şəhəri» təmsilçisinin avrokuboklardakı çıxışını dəyərləndirən tanınmış teleşərhçi bildirib ki, Samir Abasovun çalışdırdığı komanda mübarizəni ilkin mərhələdə dayandırsa da, rəqibinə ciddi müqavimət göstərib.
O, baş məşqçinin heyət sarıdan problemlər yaşadığını söyləyib.
Ekspert həmçinin Riad Rəfiyevə yönəlik tənqidlərə toxunub.
Qeyd edib ki, klubun prezidenti öz üzərinə düşən işi layiqincə görür və mövcud imkanlar daxilində maksimum nəticələr qazanır. Abbasov Rəfiyevə yönəlik iradların yersiz olduğunu söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: