«Sumqayıt»ın yeni baş məşqçisi Vaqif Cavadov Samir Abasovun dövründə transfer olunan legionerlərin bir qismi ilə vidalaşmaq niyyətindədir.
Hələlik müvəqqəti olaraq bu vəzifəni yerinə yetirən mütəxəssis planı barədə rəhbərliyə məlumat verib.
O, yayda və mövsümün əvvəlində düşərgəyə gətirilən əcnəbi oyunçulardan 3-4 nəfərin mütləq surətdə geri göndərilməli olduğunu bildirib.
Cavadovun fikrincə, transfer bazarlığı tələm-tələsik aparılıb və yenilər komandanın məqsədlərinə cavab vermir. Gənc çalışdırıcı qış fastləsindən də sonra iş başında qalarsa, heyətdə ciddi islahatlar aparacağını söyləyib.
2022-ci ilin payızında «Sumqayıt»a qayıtmış Samir Abasov yaxınlarda yenidən «Neftçi»yə geri dönüb və 2 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ