COP29

Macarların baş məşqçisi “Sumqayıt”ın udmağın yolunu bunda görür

25 İyul 09:00 Sumqayıt 1 601
Macarların baş məşqçisi “Sumqayıt”ın udmağın yolunu bunda görür

"Komandamın "Sumqayıt" üzərində qələbəsinə inanıram".

Sportinfo.az xəbər verir ki, bunu "Fehervar”ın (Macarıstan) baş məşqçisi Tamaş Petyo Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt"la oyundan öncə deyib.

Klubun rəsmi saytına danışan mütəxəssis ilk matçda səfərdən sərfəli nəticə ilə dönmək istədiklərini bildirib:

"Yaxşı futbol nümayiş etdirib, qələbə qazana bilərik, əsas planımız bundan ibarətdir. "Sumqayıt"ın heyətində bir neçə dəyişiklik olub.

Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaq.

İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər. Komandamın "Sumqayıt" üzərində qələbəsinə inanıram".

"Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?