COP29

“Sumqayıt” “Yay Futbol Düşərgəsi”nə start verdi

6 İyul 13:40 Sumqayıt 1 054
“Sumqayıt” “Yay Futbol Düşərgəsi”nə start verdi

Sportinfo.az xəbər verir ki, “Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, “Azərikimya” İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Sumqayıt” futbol klubunun təşkil etdiyi “Yay Futbol Düşərgəsi" layihəsinə start verilib.

YAP Sumqayıt təşkilatının təmsilçısı Cəmilə Fəyyaz bildirib ki, layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək.

Ümumilikdə, bu layihəyə Sumqayıtda yerləşən məktəb və liseylərdən 100-dən çox şagird qatılacaq.

“2014-cü ildən keçirilən layihə artıq 1000-dən çox məktəblini seminarlara cəlb edib. Məqsəd yeniyetmələri futbola cəlb etmək, uşaqlar arasında futbolun təbliği, onların tətil günlərində səmərəli istirahətini təşkili etməkdir”, - deyə Cəmilə Fəyyaz vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq