"Burada bir və ya iki səbəb yoxdur - çox səbəb var".
Sportinfo.az xəbər verir ki, bu fikirlər "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə məxsusdur.
O, son 3 mövsümdə az büdcə ilə uğurlu çıxış etmələrinin səbəbini belə açıqlayıb: "Onları sadalasaq, yarım saat danışmalıyıq. Düzgün iş qurmaqla, yerli futbolçularla bu yerlərə çatmışıq.
Avrokuboklardan əvvəl maliyyə problemlərinin olacağı görünmir. Sponsorlarımız kluba tam olaraq dəstək verirlər. Onlara öz minnətdarlığımı bidirirəm".