Sumqayıtda Konfrans Liqasının əsas mərhələsinin oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına stadionda “Dinamo” (Minsk) Şimali İrlandiyadan “Larne” ilə qarşılaşıb.
Azarkeşsiz keçirilən görüş Belarus təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Minsk təmsilçisi bundan əvvəl bu arenada “Harts” (1:2) və “Kopenhagen”lə (1:2) qarşılaşıb.
UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub.
Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda - "Mehdi Hüseynzadə"də qəbul edirlər.