COP29

AÇIQ SÖZ: “Qalan 30 faiz şansımızdan yapışacağıq” - VİDEO

26 İyul 03:40 Sumqayıt 879
AÇIQ SÖZ: “Qalan 30 faiz şansımızdan yapışacağıq” - VİDEO

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində doğma meydanda Macarıstan klubu “Fehervar”a qarşı keçirdikləri matçı şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Oyunun başlanğıcında azlıqda qalmağımız bütün planlarımızı pozdu. Mərhələ iki oyundan ibarətdir.

Cavab qarşılaşması bundan da çətin olacaq. Səhvlərimiz üzərində çalışıb futbolçuları növbəti oyuna kökləyəcəyik.

Təcrübəsiz komandayıq. Bəzi oyunçular oyundan qopdular. Dayaq yarımmüdafiəçilərindən söhbət gedir.

Qırmızı vərəqə olmasaydı fərqli nəticə görə bilərdik. Oyunçuları inandırmalıyıq ki, səfərdə qələbə qazana bilərik.

Stopper mövqeyində oynayan futbolçularımız azdır. Çətin olacaq. Cavab matçında rəqibin 70 faiz üstünlüyü olacaq. Biz qalan 30 faiz şansımızdan yapışacağıq”.

“Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?