«Sumqayıt» sabah avrokuboklar mövsümünə start verəcək.
«Kirmyaçılar» Konfrans Liqasında çıxış edəcək və ilk rəqib «Fehervar»dır.
İki illik aradan sonra qitə arenasına dönən «gənclik şəhəri» təmsilçisi buna Premyer Liqada dördüncü yeri tutmaqla nail olub.
Klub rəhbərliyi bu münasibətlə komanda üzvlərinə 5000 manat mükafat vəd edib.
Göstərilən vəsait rəsmi hesab vasitəsilə köçürüldüyündən, ödəmələr vergiyə cəlb olunub. Belədə futbolçulara çatan məbləğ 4000 manat təşkil eləyib.
SPORTİNFO.AZ