“Yaxşı oyun yaxşı keçdi.
İlk dəqiqələrdən göstərdik ki, qələbəyə layiqik.
Matça nəzarət bizdə idi. Qol epizodlarımız da oldu.
İlk hissədə daha 2-3 qol vura bilərdik. Bunun üçün şanslarımız da vardı. Lakin alınmadı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov Premyer Liqada “Kəpəz” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.
O, ikinci hissədə “Kəpəz”in təzyiqi artırmasının səbəbini belə izah edib:
“Həqiqətən də ikinci hissədə rəqib təzyiqi artırdı. Biz ilk 45 dəqiqədə yaxaladığımız şansları dəyərləndirsəydik, belə olmazdı.
Əgər fasiləyə qədər daha 1-2 qol vursaydıq, ikinci 45 dəqiqə bundan rahat alınardı”.