COP29

Azərbaycan klubu "Spartak"ın eks hücumçusunu “rənglərinə bağladı” - VİDEO

16 Avqust 04:00 Sumqayıt 3 227
Azərbaycan klubu "Spartak"ın eks hücumçusunu “rənglərinə bağladı” - VİDEO

"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

“Kimyaçılar” son mövsümü Özbəkistanın “Surxon” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.

25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.

Peşəkar karyerasına “Karvina”da (Çexiya) başlamış 25 yaşlı hücumçu 2017-2020-ci illərdə “Spartak”(Moskva) klubunun formasını geyinib.

Əsas komandada 1, ikinci komandada isə 108 oyuna çıxmış Nimeli 2021-ci ildə “Spartak”ı tərk edərək “NK Qoritsa” klubuna keçib.

Finlandiyada “lveş”, Xorvatiyada “Solin” klubunda da oynamış Silvanus “Surxon”un heyətində 30 oyuna 12 qol vura bilmişdi.

Sportinfo.az onun müxtəlif klublarda göstərdiyi performans videosunu təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…