COP29

Xarici klub ev oyunlarını Azərbaycanda keçirəcək – UEFA-dan SON QƏRAR

2 Sentyabr 13:40 Sumqayıt 3 424
Xarici klub ev oyunlarını Azərbaycanda keçirəcək – UEFA-dan SON QƏRAR

"Dinamo" (Minsk) Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Minsk klubu oktyabrın 3-də, saat 20:45-də Şotlandiyanın "Harts", noyabrın 28-də, saat 21:45-də Danimarkanın "Kopenhagen" və dekabrın 12-də, saat 21:45-də Şimali İrlandiyanın "Larn" kollektivini Sumqayıtda qəbul edəcək.

Qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti